30 Noyabr 2016 23:02
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam radələrində Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü gürcü müğənni Soso Pavliaşvilinin konsertinin keçirldiyi Heydər Əliyev Sarayının qarşısında etiraz aksiyası keçriblər.

Bu barədə QAT-ın yaydığı məlumatda qeyd olunur. QAT üzvlərindən 10 nəfər bilet alaraq tamaşaçı kimi konsert salonuna daxil olub və gürcü müğənni oxumağa başlayan kimi “Rədd olsun ermənipərəst Soso!” şüarları səsləndirib, plakatlar qaldırıblar.

Polis və mühafizə xidmətinin əməkdaşları QAT üzvlərini saraydan çıxararaq Nəsimi rayon 22-ci polis bölməsinə aparıb.

Qeyd edək ki, S.Pavliaşvili qondarma “Dağlıq Qarabağ Respublikası”na konsertə getdiyi üçün Azərbaycanın qara siyahısına salınmışdı. O, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmişdi. Bundan sonra gürcü ifaçının Azərbaycan ərazisinə girişinə icazə verilib.


Müəllif:

Oxşar xəbərlər