4 İyul 2014 12:38
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tayvan Milli Universitetinin nüfuzlu və tanınan alimlərindən biri, universitetin nəzdindəki hospitalda çalışan professor Vu Ley ciddi alim, tələbələrin hörmət etdiyi pedaqoq kimi tanınırdı.

Amma günlərin birində 54 yaşlı professor qızı yaşında bir tələbəyə vurulanda hər şey dəyişib.
Vu Ley 23 yaşlı tələbəsi Lin Linə aşiq olub.
Və Linin diqqətini çəkmək, bu tələbə qıza eşq elən edən gənc "rəqib"lərini üstələmək üçün professor "cavanlaşmaq" qərarına gəlib.
Taybey şəhərində yaşayan professor ciddi kostyum və qalstuklu görkəmdən əl çəkərək balaqları cırıq cins şalvar, al-əlvan rəngi futbolkalar geyinməyə başlayıb.
Üstəlik, o, saçını "ən son dəbə uyğun" hala salıb. Daha doğrusu, professorun saçı kub formasında idi: saç geli və saatlarla davam edən bərbər zəhməti ekstravaqant, hətta bir qədər əcaib düzüm yaratmışdı.
Srağagün Lin Linin yanına yollanaraq gənc qıza eşq elan etmək və onun könlünü "fəth etmək" istəyən professor Vu Linin oxu daşa dəyib.
Lin Lin atası yaşda "potensial sevgili"ni görəndə özünü saxlaya bilməyib, qəhqəhə çəkib.
"Bu nə saç, bu nə görkəmdir?! LEGO oyuncağına bənzəyirsiniz. Belə axmaq vəziyyətdə yanıma gəlməklə nəyə nail olmaq fikrindəsiniz?! Sizin kimi sarsaq adamı sevəcəyimi düşünürsünüzsə, yanılırsınız..." - Lin Lin deyib.
Professor isə baş verənlərin səbəbini hələ də anlamır.
"Axı o niyə mənə rədd cavabı verdi?! Yaxşı maaşım, evim, şəraitim var. Özüm də qoca deyiləm. Məndən yaxşısını tapacaq?" - saçını "dördkünc" etdirmiş profesor Vu Ley deyib.
Vu Leyin sözlərinə görə, saçını "ultramüasir" görkəmə salmaq üçün 2 banka saç geli və 3 saat vaxt sərf edib. O, başını yalnız 15 gündən bir yuya bilər.
Saç yuyulandan sonra yenidən "yığım" prosesi başlanmalıdır.
Lin Lin isə deyir ki, dostları və rəfiqələri bu professoru artıq "qoca sarsaq" adlandırırlar.
/milli.az/

Müəllif: