4 İyul 2014 14:58
530

Çində maraqlı hadisə baş verib.



Honq Konqda parlamentin iclasında ara qarışıb. Belə ki, müxaliflər məclisdə bölgədəki çinlilərin lideri Leunq Çun-Yinqə əllərinə keçəni atıblar.

Seçki azadlığı tələb edən müxalif qrupların təmsilçiləri ona qarşı şüarlar səsləndirməyə, üstünə hücum etməyə çalışıblar. Lakin deputat heç nəyə fikir vermədən çıxış etmək üçün kürsüyə yönəlib. Bu zaman parlamentdə təzyiq daha da yüksəlib. Deputatlar əllərinə küçən kağızları, şüarlar yazılan plakatları ona atmağa başlayıblar.

Onlar arasında biri isə əsəbini cilovlaya bilməyib və çinli liderə stəkan atıb.
Parlamentin mühafizə xidməti etiraz edən deputatları zaldan çölə çıxara biliblər.

Nümayişçilər isə əməllərindən peşman deyillər. Onların sözlərinə görə, demokratiya tərəfdarlarının qovulacağını bilsələr hətta yumurta da atardılar.

/ans/


Müəllif:
Загрузка...