4 İyul 2014 17:03
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan tərəfinin diversiya əməliyyatları regionda müharibəyə gətirib çıxara bilər".

Bu barədə Ermənistanın "Daşnaksütyun" partiyasının siyasi məsələlər üzrə nümayəndəsi Kiro Manoyan bildirib.

O, İrəvanda keçirilən mətbuat konfransında Azərbaycan tərəfinin təmas xəttində fəallığı ilə bağlı verilən suala cavabında belə deyib.

Manoyan qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən təqdim olunan təkliflərdən narazıdır: "Onlar hər zaman göstərmək istəyir ki, istənilən zaman vəziyyəti dəyişə bilər", - deyə Kiro Manoyan deyib.

Qeyd edək ki, Azərbaycana qarşı qatı düşmənçilik mövqeyi ilə seçilən "Daşnaksütyun" partiyasının nümayəndəsi Azərbaycanın aqressiyasından danışsa da bunun tam əksi baş verir. Təkcə elə bu gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda iki hərbçimizin yaralanması bildirilirdi.

/ans press/


Müəllif: