4 İyul 2014 19:19
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Silahlı Qüvvələrin Hərbi Akademiyasında doktorantura yaradılacaq.

Bu haqda baş nazirin “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərarında öz əksini tapıb.

Qərara əsasən, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının adları dəyişdirilib. Belə ki, Ə. Hüseynov adına Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Akad. M.Nağıyev adına Kimya Problemləri İnstitutu Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Mərdəkan Dendrarisi Dendrologiya İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu isə Fəlsəfə və Hüquq İnstitutu adlandırılıb.

/lent.az/


Müəllif: