4 İyul 2014 19:37

Almaniya kansleri Angela Merkel Ukraynada baş verən hadisələrlə bağlı ABŞ prezidenti Barak Obama ilə fikir mübadiləsi aparıb.


Merkel Ukrayna prezidenti Petro Poroşenko və Fransa prezidenti Fransua Ollandla telefon söhbətinin məzmununu Obamaya danışıb.

Ukrayna prezidenti Petro Poroşenko və Fransanın başçısı Fransua Ollandla telefon söhbətinin gedişatında Almaniya kansleri Angela Merkel bildirib ki, o, Ukraynadakı vəziyyətlə bağlı informasiyanı ABŞ prezidenti Barak Obama ilə bölüşür.

"Angela Merkel bildirdi ki, o, başqa dövlətlərin liderləriylə telefon söhbətlərində Ukrayna mövzusunu fəal müzakirə edir", - deyə Ukrayna prezidentinin rəsmi saytında yazılıb.
/ans press/


Müəllif:
Загрузка...