4 İyul 2014 19:57
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günahı hər zaman kişilərdə axtarmağın özü belə, kişiləri uzaqlaşdıran ən başlıca səbəbdir. Bu dəfə heç olmasa öz səhvlərinizlə üzləşməyə hazır olun, qadınlar.

Münasibətlərin elə ilk mərhələlərində qadınların etdiyi bəzi yanlış davranışlar kişilərin arxasına baxmadan qaçmalarına səbəb olur. Bu cür halla qarşılaşmamaq üçün kişiləri qadınlardan uzaqlaşdıran səbəbləri bilməlisiniz.

Yeni bir münasibətə başlayarkən bu səhvləri diqqətə alın.

Hər şeydən şikayət etmək və heç cür razı qalmamaq münasibətlərin “qatili” hesab edilir. Hər bir münasibətin ilk mərhələləri həssas nöqtələrlə doludur. Edilən mızıldanmalar kişilərin heç xoşuna gəlməz. Nə xoşunuza gəlmirsə, səbr edin. Vaxt keçdikcə bu problemləri yoluna qoyacaqsınız.

Münasibətə yeni başlamısınızsa, tez bir zamanda onun yanında çox rahat davranmayın. Münasibətin ilk günlərində menstruasiya dövrü, ya hansısa ağrılarınız haqqında bəhs etməyin. Kişilər bunları dinləmək istəməz.

Eqoist olmaq kişilərin xoşuna gəlməz. Hər zaman öz problemlərinizi önə çıxarmaq əvəzinə bir dəfə də kişini dinləməyə çalışın. Hansısa bir məsələdə ona laqeyd yanaşmaqla özünüzdən soyuda bilərsiniz.

Bütün vaxtınızı sevdiyinizlə keçirmək istəyirsiniz. Ancaq bilməlisiniz ki, kişilər dostları ilə də vaxt keçirmək istəyirlər. Buna icazə verin.

Güvən, inam problemi. Sevgilinizin harda və nə işlə məşğul olduğu sizi maraqlandıra bilər. Ancaq bunu vərdiş halına çevirib onu sıxa bilərsiniz. Güvənsizik münasibətlərin ən böyük düşmənlərindən biridir. Ona inanmağı bacarmalısınız.

Münasibətinizi ilk başdan məhv etmək istəmirsinizsə, sevgilinizin yanında spirtli içkidə həddinizi aşmayın. Kişilər sərxoş qadınlarla maraqlanmağı xoşlamazlar.

Sevdiyinizi dəyişdirməyə çalışmaq sadəcə zaman itkisidir. Onu olduğu kimi qəbul edin.

İstəkləriniz böyükdürsə və bir şahzadə olmaq istəyirsinizsə, bu, sevdiyinizin xoşuna getməyə bilər. Bu cür böyük xəyallarınızdan danışarkən sizi dinləyəcək, ancaq zaman sonra sizdən uzaqlaşacaq.

Kişini sizə xoş söz desin deyə məcbur etməyin. İcazə verin istədiyi vaxt sizin nə qədər gözəl olduğunuzu dilə gətirsin. Bu, həm sizin, həm də onun çox xoşuna gələcək.

Pəhriz saxlamanız, sağlam qidalanmanız düzgün seçimdir. Ancaq həmişə yaşıl tərəvəzlərlə qidalanmanız kişinin xoşuna getməyə bilər. Kişilər yemək məsələsində həssasdırlar. Buna görə arada onunla baş-başa ləzzətli bir yemək yeməyə razı olun.

/ailem.az/


Müəllif: