Rusiya mədəniyyət naziri Vladimir Medinski gənclərə yoqa əvəzinə, "ləzginka" rəqsi etmələrini tövsiyə edib.
Medinski Moskvada keçirilən tədbirlərin birində gənclərdən xaricilərin mədəniyyətindən faydalanmaqdansa, milli dəyərlər üzərində seçim etmələrini istəyib.
Sağlam həyat tərzi üçün yoqa hərəkətləri etməkdənsə, Şimali Qafqaz rəqslərinin edilməsini təklif edən Medinski "Stavropol və Krasnodar gəncləri çox gözəl "ləzginka" rəqsi edirlər. "Dağ ləzginka"sı da pis deyil", - deyə bildirib.
/axar.az/