Oxşar xəbərlər
Rusiyanın Samara polisi şəhərin tarixi mərkəzində - Leninqarad küçəsində yerləşən fontanda gündüz saatlarında sekslə məşğul olmuş cütlüyü axtarır.
Cinsi əlaqənin və ya onun imitasiyasının video görüntüsü hadisənin təsadüfi şahidi tərəfindən kamera vasitəsi ilə çəkilib. Videonun dumanlı variantı internetə yerləşdirilib.
Onun sözlərinə görə, cütlük gündüz saat 11 radələrində fontanın qırağında oturub və camaatın heyrət dolu baxışları qarşısında soynub. Yoldan keçən insanlar sadəcə üzlərini çeviriblər. Hadisə 15 dəqiqə çəkib, daha sonra onlar geyinərək aradan çıxıblar.
Hazırda Samara polisi əsərin qəhrəmanlarını axtarır.
/ans press/