Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Quba rayonu, Qaraçay kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus fabrikində yanğın olub.
Bildirilir ki, yanğın zamanı fabrik ərazisində sahəsi 250 kv.m olan 3 ədəd tikililərin dam örtükləri, fabrikin ərazisində 6 ha biçilmiş taxıl sahəsi və bələdiyəyə məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi yanıb. Fabrikinin digər 3 binası və ərazidə olan 8 yaşayış evi yanğından mühafizə olunub.
Yanğın saat 18:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
/azvision.az/