5 İyul 2014 13:45
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatlarında sabiq Tiflis meri Qiqi Uqulavaya qarşı məhkəmədə çıxarılan həbs qərarı Gürcüstanda şok effekti yaradıb.

Məhkəmə qərarından dərhal sonra polislə Gürcüstanın Milli Hərəkat Partiyasının üzvləri arasında əlbəyaxa dava düşüb.


Qeyd edək ki, qarşıdurmalar nəticəsində Gürcüstanın İtaliyadakı sabiq səfiri Konstantin Qabaişvili, Milli Hərəkat Partiyasının üzvü Levan Bejiaşvili və daha üç müxalifətçi saxlanılıb. Diqqətə çatdıraq ki, Qiqi Uqulava mer işlədiyi dövrdə dövlət vəsaitini mənimsəməkdə və seçkilər zamanı Marneulidə baş vermiş insindentə görə təqsirli bilinib.
Həmin vaxt o, təmsil etdiyi partiyadan olan azərbaycanlı namizəd Əhməd İmamquliyevin namizədliyinin ləğvinə etirazını bildirmişdi, Marneuli küçələrində böyük gərginlik yaşanmışdı.

Bu arada ölkənin baş naziri İraklı Qaribaşvili məsələyə münasibətini açıqlayıb və bildirib ki, Uqulavanın həbsi məhkəmə sisteminin müstəqilliyinin və hüququn aliliyinin göstəricsidir.

/aktual/


Müəllif: