5 İyul 2014 16:43
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS TV-nin reytinqli "Salam Azərbaycan" verilişinin aparıcısı Aytən Səfərovadan yeni xəbər var.


Aparıcı tamaşaçılarla vidalaşıb. Aytən Səfərova Facebook sosial şəbəkəsi vasitəsilə tamaşaçılarına müraciət edib:

"Salam, Azərbaycan!!! Ümidvaram ki, istilərə tab gətirirsiniz)) Bu bazar ertəsi - iyulun 7-dən etibarən mən Aytən Səfərova "Salam, Azərbaycan" verilişini aparmayacam. Son 8 ay ərzində var gücümlə çalışdım ki, ölü bir verilişi dirildib onu baxımlı edim. Verilişi Salam Azərbaycan Aytən Səfərova komandası ilə Azərbaycan teleməkanında son aylar ən çox sitat gətirilən, başqalarının verməyə cürət etmədiyini verən, deyən, videoportallarda ən çox baxılıb, şərh bildirilən veriliş etdik. TV mövsümünün sonunadək də çox yoruldum (bu da təbiidir). İndi mən istirahətə gedirəm. Verilişin aparıcıları Rita Ömərova və Natəvan Babayeva olacaq. Umidvaram ki, bu peşəkar, çox savadli, iti ağıllı, kreativ, həmkarlarımın təqdimatında verilişin son buraxılışları kreativliyi ilə seçiləcək ve reytinqi daha da partladacaq. Hamınıza xoş istirahətlər. Yeni mövsümdə görüşənədək?"

/ans press/


Müəllif: