6 İyul 2014 23:44
4 717
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin ən məşhur aktrisalarından biri sayılan Nurseli İdiz spirtli içki düşkünlüyündən qurtula bilmir.
Dəfələrlə müalicə və reabilitasiya kursları keçsə də, aktrisa yenə əyyaşlıq edir.

İstirahət üçün yardımçısı ilə birlikdə Bodrum kurortundakı "By Pablo Otel"ə yollanan aktrisa burada srağagün səhər saatlarından etibarən içməyə başlayıb. Gecəyarıyadək əyyaşlıq edən Nurseli İdizin əyyaşlığını köməkçisi Can Aydınlatan və otelin işçiləri dayandırmağa çalışsalar da, aktrisa durmayıb.
Dünənsə həddən artıq içərək sərxoş olmuş aktrisa səhər saat 4.30 radələrində lüt soyunaraq dənizə girib. Otelin əməkdaşları sərxoş N.İdizi zorla sudan çıxararaq boğulmaqdan xilas ediblər.
Otelə aparılanda dəhlizə qusan aktrisa sürəkli bağırıb, otelin əməkdaşlarına söyüb, "Cin-tonik verməsəniz, sizə pul ödəməyəcəyəm!" qışqırıb. Otağına yerləşdiriləndən sonra da o, "Mənə tez içki yollayın!" bağırırmış.
Otel rəhbərliyi müştərilərin narahat olduğunu görəndə tanınmış aktrisadan pulu dərhal ödəyərək oteli tərk etməsini istəyib.
"Pulum yoxdur, rədd olun!" deyən aktrisanı köməkçisi Can Aydınlatan oteldəki qalmaqalın daha da böyüməsindən qurtarıb.
O, aktrisanın kürəkəninə zəng vurub. Kürəkən də İstanbuldan bank köçürməsi ilə 1460 lirə yollayaraq otelin pulunu ödəyib.
Gecənin bir aləmində oteldən qovulan N.İdiz bu dəfə köməkçisi ilə dava etməyə başlayıb, ona söyüb. Can Aydınlatan sərxoş aktrisanı itələyərək yerə yıxıb və maşınına oturaraq İstanbula qayıdıb.
Nurseli İdiz taksiyə minərək otelin qarşısını tərk edib.
/milli.az/

Müəllif: