Oxşar xəbərlər
Ötən gecə Keniyada silahlıların iki hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Hücumlara görə məsuliyyəti "Əl-Qaidə"yə bağlı islamçı "Aş Şabab" qruplaşması üstünə götürüb.
Silahlılar əvvəlcə Qamba rayonundakı polis şöbəsini atəşə tutub, bir neçə evi isə yandırıblar, 9 adam öldürülüb.
Daha 9 nəfər isə bazara edilən hücum zamanı qətlə yetirilib.
/ans press/