7 İyul 2014 10:36
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda 5 bal gücündə zəlzələ olub.



Bu barədə Ermənistan Seysmologiya Xidməti məlumat yayıb. Yeraltı təkanlar iyulun 6-dan 7-ə keçən gecə Ermənistanın üçüncü böyük şəhəri Vanadzordan 13 km cənub-qərbdə, 4 bal gücündə hiss olunub.

Ermənistanın rəsmi orqanlarından isə zəlzələnin episentrdə 5 bal gücündə olduğu bildirilib. Zəlzələ 10 km dərinlikdə baş verib.

Qeyd edək ki, iyulun 6-da da Vanadzor şəhərindən 7 km cənubda daha bir zəlzələ baş verib. Yeraltı təkanların 3 bal gücündə olduğu bildirilib.

/ans press/


Müəllif: