7 İyul 2014 11:42
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boko-Haram terror qruplaşmasının aprel ayında oğurladığı 200 qadından 60 nəfəri qaçıb.



Bu barədə Nigeriyanın kəşfiyyat idarəsi bildirib. Yerli media əsir götürülmüş qadınların cümə günü qiyamçıların hərbi bazalarını artırma prosesi zamanı qaça bildiyini yazır.

Qeyd edək ki, Nigeriya ordusu iki gün əvvəl ölkənin şimal-şərqindəki Borno ştatında hərbi bazaya hücum edərək Boko Haram terror qruplaşmasının 53 üzvünü məhv edib. Silahlıları iyulun 5-də Damboa şəhərində yerləşən hərbi bazanı ələ keçirməyə cəhd ediblər. Nigeriyanın müdafiə nazirliyi döyüşdə 6 hərbçinin həlak olduğunu bildirib.

"Boko Haram” terror qruplaşmasının üzvləri təhsilin qərb modelinə qarşıdırlar və Nigeriyada hökuməti devirərək ölkədə şəriət dövləti yaratmaq istəyirlər. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edərək Boka Haram qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.

/ans press/


Müəllif: