7 İyul 2014 11:56
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternetdə Azərbaycanın işğal altındakı Xankəndi və Şuşa şəhərlərinin yeni görüntüləri yayılıb.



Ermənilərin kvadrokopterlər vasitəsilə çəkdiyi videoda ilk olaraq Xankəndi şəhərinin girişindəki “Nənə-Baba” abidəsi, daha sonra isə sovet dövründə ucaldılan Böyük Vətən Müharibəsi qurbanlarının xatirə kompleksi gözə dəyir.

Videonun növbəti dəqiqələrində isə Bakıda kütləvi qırğınlar törədən Stepan Şaumyanın heykəli və Şuşa şəhərində 1868-1887-ci illərdə inşa olunmuş “Müqəddəs Məsih” erməni kilsəsinin görüntüləri var.

/ans press/


Müəllif: