7 İyul 2014 12:13
1 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Dövlət Universitetinin Elm və Texnika işləri üzrə sabiq prorektoru, dosent Nadir Vəli oğlu İbadov cümə axşamı səhər saatlarında Almaniyada xəstəxanaların birində dünyasını dəyişib.

Bu barədə məlumatı mərhum prorektorun yaxınları verib. N.İbadov təxminən bir ay öncə xəstəliyinin Azərbaycanda müalicəsi olmadığı üçün Almaniyaya müalicə üçün gedibmiş. Mərhum mədə xərçəngindən əziyyət çəkirmiş.

Onlarla gəncin xaricdə təhsil almasına dəstək verən sabiq prorektor srağagün yaşadığı Gəncə şəhərində torpağa tapşırılıb.

Xatırladaq ki, Neftçala rayonunda anadan olan dosent Nadir İbadov uzun müddət Gəncədə pedaqoji fəaliyyətlə məşğul olub.

/axar.az/


Müəllif: