5 Yanvar 2017 19:53
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərindəki ədliyyə idarəsinin binası qarşısında törədilən partlayışın izləri PKK terror təşkilatına gedib çıxır.

Teleqraf.com xəbər verir ki, bu barədə İzmir valisi Erol Ayyıldız mətbuata açıqlamasında deyib.

Vali qeyd edib ki, olay yerinə yaxın ərazidə terrorçulara məxsus ikinci bir bombalı maşın aşkarlanaraq polisin nəzarəti altında partladılıb.

Xatırladaq ki, yanvarın 5-də axşam saatlarına yaxın İzmirdə partlayış törədilib. Hadisənin ardından polislə silahlı qarşıdirmada 2 terrorçu məhv edilib, 1-i isə axtarılır.

Olay nəticəsində 1 polis, 1 ədliyyə işçisi həlak olub, 5 nəfər isə yaralanıb.


Müəllif:

Oxşar xəbərlər