Sosial şəbəkələrdə 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı Quba Rayon Məhkəməsində icraçıların uşağa qarşı kobudluğu barədə video yayılıb.
Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli Teleqraf.com-a açıqlama verib.
Onun sözlərinə görə, hazırda Qubada məsələ araşdırılır: “Məsələni araşdırmaq üçün Qubaya gəlmişik. Mən Nurayın atası ilə danışdım. Burada müəyyən məsələlər var ki, gizlədilib. Uşağın anası rəhmətə getməmiş ata və ana boşanıb. Uşaq xalada qalıb. Ata bu müddət ərzində aliment ödəsə belə, qarşı tərəf alimentdən imtina edib, ata ilə münasibəti kəsiblər. Ata da öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edib. Ata öz mövqeyini qoruyur və uşağını istəyir”
Mərkəzin koordinatoru məhkəmədki zorakılıqla bağlı da danışıb: “Təbii, burada zorakılıq var. Bunun səbəbləri araşdırılır. Vətəndaşların özü ilə danışıqlar aparırıq. Səbəblər tam aydınlaşdırılır.”
İlhamə ƏBÜLFƏT