7 İyul 2014 13:52
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyadan bütün homoseksualları çıxarmaq istəyirəm”. Bunu “Eurovision 2014”ün qalibi Konçita deyib.



O, bildirib ki, Rusiyadan bütün homoseksualların çıxarılması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə hansısa məsləhətlər vermək istəmir.

“Rusiya mənim üçün çox yaxın mövzulardan biridir. Orada çox dəhşətli hadisələr baş verir. Homoseksualları sıxışdırırlar. Adam istəyir ki, Rusiyada yaşayan bütün homoseksualları toplayıb oradan çıxarsın. Ancaq bu düzgün deyil. Çünki onlar öz ölkələrində azad yaşamağa layiqdir. Bununla bağlı Rusiya prezidenti Vladimir Putinə məsləhətlər vermək fikrində deyiləm. Amma onu deyə bilərəm ki, o, çox yaraşıqlı kişidir”, Konçita deyib.

Artıq Londonda “gey parad” keçirdiyini deyən Konçita növbəti paradları Madrid və Stokholmda keçirməyi planlaşdırır.

/ans press/


Müəllif: