Türkiyənin Ali Radio-Televiziya Şurası (Radio Televizyon Üst Kurulu, RTÜK) telekanallarda açıq-saçıq səhnələrin yer aldığı filmlər, verilişlər, kliplər, seriallar və reklamlar üçün nəzərdə tutulmuş cərimələrin miqdarını daha da artırıb.
Yeni cərimələrlə bağlı xüsusi hesabat hazırlanıb.
Az sonra tətbiq ediləcək qaydalara görə, açıq-saçıq və yolverilməz sayılacaq səhnəyə görə tətbiq olunacaq cərimə telekanalın ötən aydakı reklam gəlirlərinin 1 faizinə bərabər olacaq.
/milli.az/