7 İyul 2014 14:27
2 544

Sosial şəbəkələrdə mərhum çeçen mücahidi Şamil Basayevlə hazırda Suriyada və İraqda savaşan Müslüm Abu Vəlid Şişaninin birgə şəkili paylaşılıb.

Şəkil bir neçə il bundan öncəyə təsadüf edir.

Qeyd edək ki, Gürcüstanın Axmeta rayonun çeçenəsilli sakini olan Müslüm Marqoşvili 1972-ci ildə anadan olub. Onun bioqrafiyasında vurğulanır ki, Şişani Monqolustanda Havadan Müdafiə Qüvvələrində hərbi xidmət keçib. Sovetlər Birliyinin dağılmasından sonra Çeçenistana gəlib və 1995-ci ildə səhra komandiri Xəttabın dəstəsinə qatılıb. Bir çox savaşlardan sonra səhra komandiri seçilib, Vedenonun əmiri təyin olunub. 2008-ci ildə yeni təxribatlar üçün Dağıstana yollanıb. Daha sonra isə 2012-ci ildə mücahidlərə kömək üçün Suriyaya gedib. O, Cunud aş-Şam (İŞİD) dəstələrinin komandanlığına gətirilib.

Onun Basayevlə birgə şəkli məhz Çeçenistanda federallara qarşı savaşdığı illərə təsadüf edir.

Xatırladaq ki, adı çəkilən şəxsin indiyə qədər kifayət qədər məşhurluq qazanan Əbu Ömər əş-Şişani və Seyfullah Şişani ilə heç bir əlaqəyə malik deyil.

/axar.az/


Müəllif:
Загрузка...