7 İyul 2014 14:48
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvandan Rostov-na-Donuya uçan sərnişin təyyarəsi ötən gecə qəfildən istiqamətini dəyişib.



Rusiyanın “Utair” şirkətinə məxsus sərnişin təyyarəsi Minvod hava limanında məcburi eniş edib. Sərnişinlər təşvişə düşüb.

Təyyarə 23:10-da Rostov-na-Donuya çatmalıydı. Lakin naməlum səbəblərdən təyyarə Minvod aeroportuna eniş edib. Sərnişinlər təyyarədən təxliyyə edilib. Onların əksəriyyəti təcili yardım maşınları ilə xəstəxanalara yerləşdiriliblər. Bir müddət sonra sərnişin təyyarəsi yoluna davam edib.

İrəvandan Rostov-na-Donuya uçan sərnişin təyyarəsinin niyə məcburi eniş etdiyi barədə məlumat verilmir.

/ans press/


Müəllif: