7 İyul 2014 14:53
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəqiqələrdə bir qrup əlilin Prezident Administrasiyasının qarşısında toplaşıb.

Bu haqda Sevda Səfərəliyeva şəxs məlumat verilib. Onun sözlərinə görə, əlillər müavinət artırılması üçün PA rəsmilərindən biri ilə görüşmək niyyətindədirlər.

I qrup əlil olan Sevda Səfərliyeva deyib ki, əlilliyə görə uşaqlara verilən müavinətlər onların adi ehtiyaclarını qarşılamağa yetmir:

“Uşaqların əlil olmasına görə 67 manat müavinət verilir. O pul nəinki onların yaşayışına, heç gigiyena və təmizliyi üçün lazım olan ləvazimatların alınmasına da çatmır. Ona görə də bu müavinətin artırılması üçün səlahiyyətlilərdən kiminləsə görüşmək və dərdimizi demək istəyirik”.

Sevda Səfərəliyeva onu da deyib ki, PA-da onların qəbul ediləcəyinə söz verilib

/axar.az/


Müəllif: