7 İyul 2014 20:12
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Dövlət Bayrağının endirilməsilə bağlı məlumat yayıb.


İdarənin mətbuat xidmətindən verilən xəbərə görə, bu gün, axşam saatlarından Bakıda dövlət bayrağı endiriləcək.

Bayrağın endirilməsinə səbəb paytaxtda küləyin güclənməsilə bağlıdır. Dövlət bayrağı hava sabitləşənədək endiriləcək.

Bu qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatı əsasında qəbul olunub.

/ans press/


Müəllif: