7 İyul 2014 20:56

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yanacaqdoldurma məntəqələrindən birində Azərbaycanın dövlət bayrağı tərsinə asılıb.

Bayrağın tərsinə asıldığı yanacaqdoldurma məntəqəsinin Bakı-Qazax magistralının Qobustan rayonundan keçən hissəsində yerləşdiyini bildirilib.


Məsələ ilə bağlı ARDNŞ Mətbuat xidməti və İçtimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev məsələdən xəbərsiz olduqlarını və faktı araşdıracaqlarını deyib:


“Belə bir şey olubsa, aydın məsələdir ki, bu, təsadüfən baş verib. Başqa nə ola bilər ki? İstənilən halda yanacaqdoldurma məntəqələrinin baş idarəsi ilə əlaqə saxlayıb öyrənəcək və sizə də məlumat verəcəyəm”.

-

/axar.az/


Müəllif:
Загрузка...