16 Yanvar 2017 11:08
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 16-da Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, 2016-cı il ərzində də ölkə həyatının bütün sahələrində davamlı inkişafa təkan verilib. Milli iqtisadiyyatın liberallaşdırılması və rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, şəffaflığın və azad rəqabətin təmin olunması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, daha çevik və keyfiyyətli idarəetmənin təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatlar hesabat dövründə də uğurla davam etdirilib.

Bildirilib ki, korrupsiyaya qarşı mübarizəni fəaliyyətinin prioritet istiqaməti elan etmiş prokurorluq orqanları, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi hesabat dövründə ölkədə həyata keçirilən siyasi, iqtisadi və institusional islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi istiqamətində fəaliyyətini eyni intensivliklə davam etdirib.

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov bildirib ki, 2016-cı il ölkəmiz üçün geniş miqyaslı islahatlar ili olub: “Gömrük və veri sahələrində şəffaflığın daha da artırılması məqsədilə iqtisadiyyatımızda şaxələndirən isahatlar həyata keçirilib. Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının 86 faizi, Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planının 82 faizi dövlət orqanları tərəfindən icra olunub.

Azərbaycan Respublikasının Beynəlxalq Şəffaflıq təşkilatının “Korrupsiya Qavrama İndeksi” və “Qlobal Korrupsiya Barometri” hesabatlarında mövqeyininin irəliləməsi ciddi hadisədir. Eyni zamanda “2016-cı il Qlobal Korrupsiya Barometri”nə əsasən, sorğuda iştirak edən respondetlərin 79 faizi korrupsiyanın ölkəmizin üzləşdiyi əsas problemlərdən hesab etmyib”.

Kamil Cəfərov əldə edilmiş nailiyyətlərin Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mövcud güclü siyasi iradə ilə bağlı olduğunu, eyni zamanda korrupsiyaya qarşı mübarizəyə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlarla təsdiq edilmiş dövlət proqramları və onların effektiv icrası, dövlət başçısının təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti, bu sahədə hüquq mühafizə orqanlarının səmərəli işi, beynəlxalq standartlara cavab verən qanunvericilik və beynəlxalq təşəbbüslərdə aktiv iştirakı ilə bağlı olduğunu xüsusi vurğulayıb.

Hesabat dövründə Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) ilə əməkdaşlıq daha da inkişaf etdirilib, Azərbaycan Respublikasının nümayəndəsi növbəti müddətə Assosiasiyanın ali orqanı olan İcraiyyə Komitəsinə üzv seçilib.

Tədbirdə Korrupsiyaya qarşı Mübarizə aparan QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru - “Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti Əliməmməd Nuriyev, “Transprency International” təşkilatının Azərbaycan üzrə milli bölməsi - “Şəffaflıq Azərbaycan”ın icraçı direktoru Rəna Səfərəliyeva, habelə digər vətəndaş cəmiyyəti institutları nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinə toxunublar.

Mətbuat konfransında əminlik ifadə olunub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bundan sonra da öz fəaliyyətini göstərilən yüksək etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər