16 Yanvar 2017 18:39
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün eksternat qaydasında imtahan keçirilib.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, eksternat imtahanlarında iştirak etmək üçün 16 yaşı tamam olmuş 35 nəfər qeydiyyatdan keçib.

Ümumi orta təhsil kursu üzrə eksternat imtahanlarında iştirak etmək üçün ərizə qəbulu 19-30 dekabr 2016-cı il tarixlərində keçirilib. Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə keçirilmiş imtahanda 29-u Azərbaycan, 4-ü rus bölməsi olmaqla, 33 nəfər iştirak edib. Onlardan 24 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

Eksternat qaydasında keçirilmiş imtahanda müvəffəq olmuş şəxslərin ümumi orta təhsil haqqında sənəd əldə etmələri üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak etmələri vacibdir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər