7 İyul 2014 23:49
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya bu ilin ilk altı ayında 5,6 milyard dollar dəyərində silah və hərbi təchizat ixrac edib.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərlə hərbi əməkdaşlıq komissiyasının yığıncağına qatılarkən deyib.

Onun sözlərinə görə ixracat hələ davam edəcək: “Toplam olaraq 50 milyard dollarlıq silah sifarişi var. Təxminən 400 gəmi və sualtı qayıq 27 ölkəyə ixrac olunub. Dünya üzrə gəmi istehsalının 27 faizi Rusiyanın payına düşür. Buna görə də ölkələrin gəmilərinbi yeniləməsi gözlənilir. Bunun üçün təxminən 100 milyard dollar xərcləmək lazım olacaq”.

Qeyd edək ki, sifarişlərə baxdıqda Rusiyanın 2014-ci il üçün ən az 35 milyard dollarlıq silah və hərbi təchizat ixrac etməsi gözlənilir.

Onu da bildirək ki, Rusiya ötən ilə nisbətən silah ixracatını iki dəfə çoxaldıb. Şimal qonşumuz 2013-ci ildə 15,7 milyard dollarlıq silah ixracatı reallaşdırmışdı.

Bu arada ölkə başçısı iclasda yenicə vəzifəyə təyin olunmuş Rusiyanın Hərbi Texniki Əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojinanı komissiya üzvlərinə təqdim edib.

Xatırladaq ki, Vladimir Kojina 14 il Prezident yanında idarəetmə işlərinə rəhbərlik edib. O, bu vəzifəsinə də, böyük təcrübə və peşəkarlığına görə layiq görülüb.

/publika.az/


Müəllif: