Yanvarın 17-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarının sakinlərinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
İlhamə ƏBÜLFƏT