8 İyul 2014 11:13
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texnologiya nəhəngi "Samsung"un Braziliyada olan bir fabrikində oğurluq hadisəsi baş verib.


Oğurluq edən qrup təxminən 20 adamdan ibarət olub. Özlərini fabrikdə çalışan işçi kimi təqdim edən oğrular dünən axşam saatlarında Braziliyanın Kampinasda olan fabrikinə giriblər. 200-ə qədər işçisinin çalışdığı zaman fabrikə girməyi bacaran oğru dəstə özlərini işçi kimi göstərərək malları yük maşınlarına vurmağa başlayıblar. Oğrular 36 milyon dollar dəyərində "Samsung" malını 7 fərqli yük maşınına yükləyib qaçıblar.

Oğurluq baş verərkən hər hansı bir yaralanma halı baş verməyib. Polis hadisə yerində geniş miqyaslı araşdırmalara başlayıb.

"Samsung"dan isə məsələ ilə bağlı açıqlama verilib. Şirkətdən bildirilib ki, vəziyyətdən narahatıq, ancaq işçilərin həyatı təhlükəsi olmamasından çox məmnunuq.

/ans press/

Müəllif: