25 Yanvar 2017 18:04
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları" QSC (AZAL) gecikən London-Bakı aviareysinin yaxın vaxtda yerinə yetiriləcəyini gözləyir". Bunu "APA-Economics"ə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

"Aviareys başqa bələdçilərlə yerinə yetiriləcək", - deyə o bildirib.

O əlavə edib ki, aviareysin sərnişinləri otellərdə yerləşdiriliblər.

"O ki qaldı London polis tərəfindən saxlanılan bələdçilərə, onlar barəsində araşdırma davam edir. Vəziyyət tamamilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nəzarətindədir", - deyə AZAL rəsmisi qeyd edib.

***

Yanvarın 24-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, uçuş zamanı ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçilərinin imtina cavabı həmin sərnişin tərəfindən narazılıqla qarşılanıb.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub. Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər