8 İyul 2014 12:04
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı iş adamı Telman İsmayılovun 2009-cu ildə dünyanın ən məşhur ulduzlarının iştirakı ilə açılışını etdiyi “Mardan Palace” otelinə yatırdığı sərmayələr təhlükə ilə üzləşib.



Rusiya və Azərbaycan mətbuatında yayılan xəbərlərdə qeyd olunub ki, “Manqazeya” adlı şirkət İsmayılovun 135 milyon dollarlıq borcuna görə, onun bütün sərvəti dondurulması barəsində məhkəmə qərarı çıxartdırıb.

Rus mətbuatının yazdığına görə çox hissəsi Sergey Yançukova aid olan həmin şirkət məhkəmədə iddia qaldırıb ki, İsmayılov naməlum olan layihələrinə görə, onlardan kredit götürüb və kredit müddətinin 2013-cü ildə bitməsinə baxmayaraq hələ heç bir geri ödəniş edilməyib.

İsmaylovun həmin şirkətlə imzaladığı kredit anlaşmlarındakı ümumi məbləğin 100 milyon dollar olduğu bildirilir.
Rus mətbuatı kredit borcları olan İsmayılovun məsələsinin artıq məhkəmə yolu ilə həllini gözlədiyindən yazıb.
İsmayılovun faizlərlə birlikdə kredit borclarının artıq 135 milyon dollara çatdığı bildirilir.

Məhkəmə tərəfindən İsmayılovun “Mardan Palace” otelinin və Moskvadakı bəzi binalarının üzərindəki bank hesablarının dondurulduğu da yayılan məlumatlar arasında yer alıb.

Müvəqqəti dondurulan hesablar sırasında İsmayılova məxsus Fransada bir malikanə, 90 otaqlı ticarət mərkəzinin də olduğu bildirilir.

Bu iddilara qarşı “Mardan Palace” otelindən cavab gəlib. Otelin baş direktoru Çətin Pəhlivan bildirib ki, belə bir vəziyyət mövcud deyil.

Qeyd edək ki, Telman İsmayılov “Maradan Palace” otelinə öz atasının adını verib. Çox möhtəşəm otelin tikintisinin 800 milyon dollara başa gəldiyi bildirilir.

Otelin tikintisinin Rusiya Prezidenti Vladimir Putini narahat etdiyi də yayılan məlumatlar sırasında yer alımışdı. Bunun ardından İsmayılov Soçidə otel inşa etdirəcəyinin açıqlamışdı.

/ans press/


Müəllif: