Azərbaycan Hava Yolları (AZAL) çərşənbə axşamı günü Bakıdan Londona yollanan təyyarə göyərtəsində baş verən insidentə görə bələdçilərin polis tərəfindən saxlanılması nəticəsində təxirə salınmış London-Bakı reysinin Azərbaycana yollandığını bildirib.
AZAL bildirir ki, yanvarın 24-də uçuş zamanı "həddindən artıq" spirtli içki içən "sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirmişdir".
Məlumata əsasən təyyarə endikdən sonra bələdçilərin sərnişinə ləyaqətsiz davranışı ilə bağlı polisə daxil olmuş şikayət əsasında bələdçilər saxlanılıb.
Azal-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli hadisəyə görə gecikdirilmiş növbəti uçuşun başqa təyyarə və heyətlə yola salındığını deyib.
"Artıq bu təyyarə yeni bələdçilərlə Bakıya yola düşüb".
London polisinin mətbuat xidmətinin BBC -yə verilən məlumata görə, AZAL reysinin London Heathrow aeroportunda enişindən sonra təyyarədə olan bəzi şəxslərin saxlanıldığını təsdiqləyib, lakin onların kimliyini açıqlamayıb.