8 İyul 2014 12:23
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqlardan (indi onların ən kiçiyinin 21 yaşı var-red.) ikisinin Gürcüstanda yaşadığı barədə məlumat verilmişdi.

Uzun axtarışdan sonra həmin gənclər - Samir Sabir qardaşlarını tapa bildik. Məlum oldu ki, Samir Əlixan oğlu İbrahimov çox ciddi problemlər içində həyat sürür.

Modern.az saytının redaksiyasına gələn Samir İbrahimov hazırda evi olmadığından axşamlar parklarda gecələdiyini söyləyib

Faktı Xocalı Rayonu İcra Hakimiyyətinin Bakı şəhəri üzrə ərazi nümayəndəliyi də təsdiqləyib.

Xocalı soyqırımı zamanı 6 yaşı olmuş həmsöhbətimiz qardaşı Sabirlə birgə 2008-ci ilə qədər ana babasının yanında - Borçalıda yaşayıb. Əsgərlik yaşına çatanda isə Azərbaycana gələrək, Füzuli bölgəsində hərbi xidmət keçib. Həmin ərəfələrdə babası və nənəsi rəhmətə gediblər. Bundan sonra o, Azərbaycanda yaşamağa qərar verib. Müəyyən müddət anasının qohumları ilə birgə yaşayan Samir bir ilə yaxındır ki, onların evini tərk etməli olub. Müxtəlif vaxtlarda kirayədə yaşayan bu gənc maddi sıxıntı ucbatından həyat yoldaşı və 2 uşağından da ayrılıb.

Günün sonunda məlumat aldıq ki, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Xocalı rayon təşkilatı Samir İbrahimova gecələmək üçün öz mənzil qərargahında şərait yaradıb. Xocalı Rayonu İcra Hakimiyyətindən isə bildirilib ki, yaxın zamanlarda bu qardaşlar evlə təmin olunacaqlar. Onu da qeyd edək ki, bu iki qardaş indiyə kimi məcburi köçkünlərə verilən “çörəkpulu”ndan da yararlana bilməyiblər.

/moder.az/


Müəllif: