Respublika ərazisində qar yağacağı və havaların kəskin dəyişəcəyi xəbərdarlığı ilə əlaqədar "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) gücləndirilmiş iş rejiminə keçib.
ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bununla bağlı cəmiyyətin bütün texnikaları hazırlıqlı vəziyyətə gətirilib.
Yollar buz bağlayacağı təqdirdə, yollara texnika və canlı qüvvə çıxarılacaq, hərəkətin fasiləsizliyi üçün tədbirlər görüləcək. Xüsusi problemli ərazilər öncədən nəzarətə götürüləcək.
Bunun üçün kifayət qədər duz və qum ehtiyatı toplanıb.