8 İyul 2014 13:03
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadzenin dəfn mərasimi iyulun 13-də baş tutacaq.

Teleqraf.com-un məlumatına görə, ölkənin ikinci prezidentinin nəşi Müqəddəs Üçlük kafedral kilsəsindən götürüləcək. Bu barədə qərar Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi altında Eduard Şevardnadzenin dəfninin təşkili üzrə hökumət komissiyasının iclasında qəbul olunub.

Hökumə rəsmisinin mətbuat xidmətinin məlumatında qeyd olunur ki, sabiq dövlət başçısının dəfninə beynəlxalq nümayəndə heyətləri və xarici qonaqlar qatılacaq. Bütün məsələləri isə ailənin razılığına əsasən komissiya həll edəcək.

Hökumət komissiyasının iclasında xarici işlər naziri Maya Pancikidze, daxili işlər naziri Aleksandr Çikaidze, müdafiə naziri İrakli Alasaniya, maliyyə naziri Nodar Xaduri, mədəniyyətin naziri Quram Odişariya, Prezident Administrasiyasının rəhbərinin müavinləri Maya Skitişvili və Nino Kobaxidze iştirak edib.

Xatırladaq, Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze dünən 87 yaşında vəfat edib.


Müəllif: