8 İyul 2014 15:22
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən sürətli "Ferrari"si olaraq bilinən 963 at gücünə sahib "LaFerrari" qəza nəticəsində sıradan çıxıb.


Monakoda baş verən qəza nəticəsində "Ferrari"nin ön hissəsi dağılıb. Qiyməti 1,2 milyon avro olan "Ferrari"yə dəyən avtomobilin qiyməti isə 20 min avrodur.

"LaFerrari"yə dəyən ziyanın nə qədər olduğu və qəzanın səbəbi tam olaraq bilinmir.

Qeyd edək ki, "LaFerrari" 100 kilometri 3 saniyədə yığa bilir. 2013-ci ildə bu nəqliyyat vasitəsindən 499 dənəsi bazara çıxarılıb və qısa müddət ərzində tamam satılıb.

/ans press/


Müəllif: