Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məumata görə, ölkə ərazisində yanvarın 31-dən fevralın 1-i səhərədək qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Böyük Qafqazda 1-5, Kiçik Qafqazda 0-2, Naxçıvan MR-da 1-3, Lənkəran-Astara zonasında 4-16, Mərkəzi Aran rayonlarında 2-10, Qazax-Gəncə zonasında 2-8 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında - Bakıda 23, Maştağada 8, Zabrat, Sumqayıtda 3, Pirallahıda 2, Böyük Qafqazda: Sarıbaşda (Qax) 69, Şəkidə 25, Kişçayda 24, İsmayıllıda 22, Qubada 18, Altıağacda 17, Qəbələdə 13, Xaltan, Zaqatalada 12, Oğuzda 11, Mərəzədə 10, Qusar, Şamaxıda 9, Balakəndə 7, Lənkəran-Astara zonasında: Lerikdə 32, Rvarudda 28, Yardımlıda 19, Göytəpədə 17, Kəlvəzdə 8, Lənkəranda 6, Kiçik Qafqazda: Daşkəsəndə 19, Gədəbəydə 18, Göygöldə 11, Naxçıvan MR-da: Ağdərədə 70, Şahbuzda 38, Şərurda 34, Naxçıvanda 32, Mərkəzi Aran rayonlarında: Tərtərdə 23, Beyləqanda 15, Bərdədə 13, Göyçayda 10, Yevlaxda 7, Mingəçevirdə 3, Qazax-Gəncə zonasında: Tovuzda 30, Ceyrançöldə 19, Ağstafada 12, Gəncə, Cəfərxanda 6, Naftalanda 4, Şəmkirdə 3, Ağdamda 2 sm olub.
Havanın minimal temperaturu fevralın 1-də Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 12-17, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib.