4 Fevral 2017 12:41
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiqlənən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun 1-ci Mayak kəndi ərazisində sahildə meyiti tapılan şəxsin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərdən biri – operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olması təsdiq edilərək, ailəsinə təhvil verilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər