Daxili İşlər Nazirliyi istirahət günləri baş verən yol qəzalarının statistikasını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, şənbə və bazar respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 23 nəfər yaralanıb.
Paytaxtın Sabunçu rayonunun H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı qadın vurulub. Piyada hadisə yerində ölüb.
Sabunçu rayon Polis İdarəsi tərəfindən qəzanı törədən sürücünün müəyyən edilməsi üçün tədbirlər görülür.
Şəki rayonunun Köbər Zəyzid kəndində ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Oğuz rayon sakinləri Şövkət Qarayevin idarə etdiyi “Mercedes” və Bəhlul Rüstəmovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillər toqquşub. Şövkət Qarayev hadisə yerində ölüb.
Hacı Zeynalov