8 İyul 2014 20:28
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya ABŞ-la kəşfiyyat sahəsində əlaqələrini asqıya alıb.

Federal Xarici İşlər Nazirliyi ABŞ-ın Berlindəki səfirini Nazirlik binasına çağıraraq əlaqələrin pisləşəcəyi barədə xəbərdarlıq edib.

Almaniya Xarici Kəşfiyyat Təşkilatında vəzifəli şəxslərdən birinin ABŞ kəşfiyyatına məlumatlar sızdırması iki ölkə arasında böyük skandala səbəb olub.

Almaniya hökumətinin bu ölkəyə qarşı ən sərt reaksiyası isə Berlində keçirilən ABŞ-ın müstəqilliyinin qeyd edildiyi mərasimə nümayəndə göndərməməsi olub. Bu olaydan sonra AB-ABŞ arasında gerçəkləşən Ticarət və İnvestisiya Sazişi ilə bağlı görüşlər də arxa plana keçib.

Almaniya Baş naziri Angela Merkel məsələ ilə bağlı münasibətində çox ciddi hadisə ilə qarşı-qarşıya olduqlarını bildirib.

/axar.az/


Müəllif: