9 İyul 2014 10:29
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatına İraqın paytaxtı Bağdadın şimal qərbindəki kimyəvi silah zavodunun İraq Şam İslam Dövləti (İŞİD) tərəfindən ələ keçirildiyi barədə məlumat verilib.


İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əli Əl-Hakim tərəfindən BMT Baş katibi Ban Ki-Muna ötürülən məktubda, 'terrorist qrupların' 11 iyunda Bağdad yaxınlığındakı Muthanna zavodu və içindəki kimyəvi maddələri ələ keçirdikləri məlumatını çatdırıb.

Məktubda, İraq hökumətinin bölgədəki təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbiylə buradakı kimyəvi silahların məhv etmə sözünü yerinə yetirə bilməyəcəyi qeyd edilib.

Səddam Hüseyn rejimi dövründən qalan kimyəvi zavodlarda müxtəlif zəhərli kimyəvi maddələr və ya qalıqların olduğu parçalar olduğu ifadə edilib.

Qeyd edək ki, Mosul və ətrafını sürətli bir şəkildə ələ keçirən və Bağdadı təhdid edən İŞİD, 29 İyunda İraqda xilafət dövləti qurduğunu elan edib.

/ans press/


Müəllif: