9 İyul 2014 10:33
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalidə prezident sarayına edilən hücum nəticəsində 9 nəfər həyatını itirib.

Təhlükəsizlik qaynaqlarından bildirilib ki, paytaxt Mogadişuda Eş-Şebab təşkilatı tərəfindən prezident sarayına təşkil edilən bombalı hücumdan sonra saray gözətçiləri ilə təcavüzkarlar arasında çıxan qarşıdurmada, 5-i terrorçu olmaqla 9 nəfər ölüb.

Ölən 4 nəfərin mülki əhali və ya əsgər olduğu haqda məlumat yoxdur. Buna baxmayaraq hazırda sarayda vəziyyətin nəzarət altına alındığı ifadə edilir. Bir nəfəri sürücü olmaqla təcavüzkarların 6 nəfər olduğu bildirilir.

Qeyd edək ki, Mogadişudaki prezident sarayının iki nəzarət nöqtəsində partlayış olub və terrorçular tərəfindən bölgəyə raketlə hücum təşkil edilib. Dünən axşam təşkil edilən hücumda, silahlı şəxslərlə Somali əsgərləri arasında qarşıdurma çıxıb. Baş verən hücumun məsuliyyətini əş-Şebab terror təşkilatı öz üzərinə götürüb

/ans press/.


Müəllif: