9 İyul 2014 11:16
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayı azalıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Tibbi-sosial ekspert komissiyaları tərəfindən təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz azalaraq 11085 nəfər təşkil edib.

Eyni zamanda, qeyd olunan dövrdə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi 2,9 faizdən 3,7 faizə, hissəvi reabilitasiya göstəricisi isə 0,7 faizdən 2,7 faizə yüksəlib.

ƏƏSMN-nin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Son 6 ayda həmin bərpa-müalicə müəssisələrində ümumilikdə 3608 nəfərə bərpa-müalicə xidməti göstərilib ki, onların 596 nəfərini sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar təşkil edib.


Müəllif: