ABŞ səfirliyinin yardımlar və yenidənqurma sahəsində ən yüksək səviyyəli təmsilçisi, USAİD təşkilatının Azərbaycandakı direktoru Mikaela Meredis Cocuq Mərcanlıda olub.
Teleqraf.com xəbər verir ki, M.Meredis Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik missiya rəhbərlərinin erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə ziyarəti çərçivəsində oraya göndərilib.
Diplomat Cocuq Mərcanlıya vəziyyətlə tanış olmaq, vəziyyəti qiymətləndirmək və səfirliyin gələcəkdə nə kimi yardım edə biləcəyini müəyyənləşdirmək üçün gedib.
Səfirliyin məlumatında qeyd edilir ki, 1992-ci ildən bəri Birləşmiş Ştatlar Azərbaycana 1.3 milyard dollar məbləğində yardım edib: "Biz daha güclü, sabit, firavan və demokratik Azərbaycanın inkişafı üçün Azərbaycan hökuməti ilə işimizi davam etdirəcəyik".