20 Fevral 2017 12:33
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Yeni Günəşlidə bir ailənin zəhərlənməsi ilə bağlı Teleqraf.com-a aqçıqlama verib.

Şöbə müdiri bildirib ki, xəstəxanaya yerləşdirilən ailə üzvləri artıq evə buraxılıb: “Xəstəxanaya yerləşdirilənlərin vəziyyətləri ciddi deyildi. Ailə üzvlərindən 4 nəfərə xəstəxanaya gələn zaman ilkin tibbi yardım göstərildi və həyatlarına heç bir təhlükə olmadığı üçün evə buraxıldılar. Amma Xatirə Seyidova yüngül dərəcəli zəhərlənmə ilə bağlı 1 gün xəstəxanada qaldı. Səhərə kimi qulluq edildi, artıq o da evə buraxılıb”.

Azər Maqsudovun sözlərinə görə, ailə başçısı olan Heydər Seyidov xəstəxanaya gətirlməyib: "O, zəhərlənmədən hadisə yerində ölüb".

Həkim zəhərlənmənin hansı şəraitdə baş verməsindən xəbərsiz olduğunu deyib.

***

Fevralın 20-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Heydər Seyidovun evində özü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə, azyaşlı oğlu İbrahim dəm qazından zəhərləniblər.

Teleqraf.com DİN-in saytına istinadla xəbər verir ki, nəticədə Heydər Seyidov ölüb, digərləri xəstəxanaya yerləşdiriliblər.


Müəllif:

Oxşar xəbərlər