Əməkdar artist Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.
Teleqraf.com xəbər verir ki, bu barədə aktrisa özü bildirib.
Yüksək qan təzyiqindən gileylənən aktrisa dərmanların da kara gəlmədiyini qeyd edib:
“Neçə vaxtdır, qan təzyiqim kəllə-çarxa vurur. Bayaq təcili yardım çağırdım, həkim deyir ki, indi əhalinin əksəriyyəti bu vəziyyətdədir. Dərman da içirəm, kömək eləmir. Belə dərd olar? Bu dərmanların keyfiyyəti yoxdur!”
Pərvin