20 Fevral 2017 13:19
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 24-də Xaçmaz şəhərində, nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında saat 11.00-da vətəndaşların qəbulu keçiriləcək.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, qəbulda yalnız Xaçmaz, Qusar, Quba, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Vətəndaşların qeydiyyatı nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında 23 fevral 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər